Dünyada xərçəng xəstələrinin sayının 2020-ci ilə nisbətən 2040-cı ilə qədər 55 faiz artacağı gözlənilir.
Türkiyədə aprel ayının ilk həftəsi "Xərçənglə Mübarizə Həftəsi" olduğundan xərçəng xəstəliyi barədə məlumatlar toplanılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bədxassəli şiş və ya şiş olaraq da adlandırılan xərçəngin nisbətləri sabit qalarsa, əhali artımı və yaşlanması son dövrlə paralel olaraq davam edərsə, 2040-cı ilə qədər dünyada 28 milyon yeni xərçəng xəstəsinin olacağı təxmin edilir.
Bu hesablamalara görə, xərçəng hadisələrinin 54,9 faiz artacağı gözlənilir ki, bu da kişilər arasında qadınlara nisbətən 60,6 faiz çoxdur.
Hər il 734.000 insana ölümün ikinci ən çox görülən səbəbi olan xərçəng diaqnozu qoyulur və 2020-ci ildə dünyada hər 6 ölümdən biri xərçəng səbəbindən baş verir.
Son məlumatlara görə, 2020-ci ildə dünyada 19 milyon 292 min 789 nəfərə xərçəng diaqnozu qoyulub, 9 milyon 958 min 133 nəfər isə xərçəngdən dünyasını dəyişib.
Ən çox yayılan xərçəng növləri kişilərdə ağciyər, prostat, kolorektal, mədə və qaraciyər, qadınlarda isə döş, bağırsaq, ağciyər, uşaqlıq boynu və tiroid xərçəngidir.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin məlumatlarına görə, 2020-ci ildə xərçəng diaqnozu qoyulan 19 milyon 292 min 789 insandan 9 milyon 503 min 710-u ilə Asiyada qeydə alınıb.
Qlobal miqyasda əhaliyə nisbətdə xərçəngə ən çox rast gəlinən ölkə Avstraliya, ikinci yerdə isə Yeni Zelandiyadır.
Sevinc Hüseynova