“Autizm xəstəlik deyil. Onlar fərqli fərdlərdir. Autizmli uşaqların öz dünyası var. Onların ünsiyyət və kommunikasiya bacarıqları fərqlidir. Bu beyinlə əlaqədar baş verən pozulmadır. Autizm loqopedik qüsur deyil, bu neyro-psixoloji pozuntudur”.
Bu sözləri Faktmedia.az-a müsahibəsində defektoloq-loqoped Esmira Qafarova deyib.
Mütəxəssisin sözlərinə görə, uşağın danışmaması zamanı valideynlər ilk növbədə loqopedə üz tutur və loqopedik masaj etdirmək istəyirlər. Amma nitq qüsuru autizmlə əlaqədardırsa, bu zaman loqopedik masajın heç bir faydası olmayacaq, əksinə bəzi ağırlaşmalar da yarana bilər. Təəssüf ki, bu baxımdan cəmiyyətimizdə daha çox maarifləndirmə işinə ehtiyac var.
Sevinc Hüseynova