“Autizmli uşaqları ilk olaraq valideynlər ayırd etməlidir. Bu inkişaf müddətində bəlli olur. Bəzən körpənin 8-9 aylığında da ilkin əlamətlər müşahidə edilə bilər. Diaqnoz qoymaq olduqca çətindir. Bunun üçün mütləq həkim uşağı müayinə və müşahidə etməlidir”.
Bunu Faktmedia.az-a açıqlamasında psixoloq Leyla Şamilova deyib.
Psixoloq bildirib ki, bu baxımdan əsas iş valideynlərin üzərinə düşür. Bəzən valideynlər uşağın 1-2 yaşlarında uşağın yaşıdlarından fərqli olduğunu hiss etsələr də, həkimə müraciət edirlər. Daha çox bu nitq ləngimələri zamanı hiss edilir. Bizdə valideynlər qorxur və uşağı həkimə aparırlar. Amma xəstəliyin müalicəsi nə qədər tez başlasa bir o qədər faydalı olar.
Kənan SƏRRAF