“Rotavirusun ilk simptomları qusma, ishal və qızdırmadır. Ən qorxulu məqamı odur ki orqanizmdə maye itkisi çoxalır. İlk olaraq bunun qarşısını almaq lazımdır. Xəstəliyin davam etmə müddəti müxtəlif ola bilər, hətta 2-3 həftəyə qədər davam edə bilər”.
Bunu Faktmedia.az-a açıqlamasında pediatr Əkbər Quliyev deyib.
Həkim bildirib ki, xəstəliyin müalicəsində qusmanın qarşısını almaq vacibdir. Çünki qusma olan uşaqların dərman qəbulu da çətinləşir. Amma bütün hallarda valideynlər diqqətli olmalı, vaxtında müdaxilə etməlidirlər. Çünki simptomlar davam etdikcə, uşağın immuniteti əifləyər və xəstəliyə qalib gəlməsi çətinləşər.
Bəsti MƏMMƏD