“Qadınların plastik əməliyyatlara daha çox müraciət etməsinin müxtəlif səbəbləri var. Nəyinki, bizim cəmiyyətimizdə dünyada bu belədir. Qadınlar kişilərə nisbətən, daha çox xarici görünüşündə dəyişikliyə ehtiyac duyurlar.
Bunun əsas səbəbi qadınların ana olmasıdır. Hamiləlikdən sonra qadınların fiziki görünüşündə müxtəlif dəyişikliklər baş verir. Buna görə də onlar ana olmazdan öncəki görünüşlərini geri qaytarmaq istəyirlər.
Bunu Faktmedia.az-a açıqlamasında plastik cərrah Vüqar Ələkbərov deyib.
Həkim bildirib ki, bizdə isə bu daha kəskin şəkildə özünü göstərir. Plastik əməliyyata kişilər çox pis baxırlar. Bəzi məqamlarda əməliyyat xərclərini özləri qarşıladıqları üçün, bəzi hallarda yeni görünüşü bəyənməyəcəkləri qorxusu ilə ailələrindəki qadınlara plastik əməliyyat etdirməkdə maneə olurlar. Amma son illər bu tendensiya biraz azalıb. Qadınlarımız daha rahat şəkildə əməliyyata üz tuturlar.
Sevinc Hüseynova