“Cinsi yolla yoluxan infeskiyalar törədiciyə görə fərqlənir. Müxtəlif simptomları ola bilər, məsələn cinsi orqandan qoxulu axıntı, sidiyə gedərkən qaşıntı və göynəmə hissi, adi halda qaşınma əsas şikayətlərdən hesab edilir. Bəzi infeksiyalar sırf cinsi əlaqə zamanı yoluxur, amma bəzi infeksiyalar varki, müxtəlif yollarla yoluxma baş verə bilər”.
Bunu Faktmedia.az-a açıqlamasında infeksion xəstəliklər mütəxəssisi Natiq Əliyev deyib.
Həkim bildirib ki, qadınlarda cinsi yolla yoluxan infeksiyalar daha tez-tez rast gəlinir. Çünki qadınların anotomik bədən quruluşu buna bir növ də şərait yaradır. Cinsi yolla yolxuan infeksiyaların simptomları qadınlar və kişilərdə 90 faiz eyni olur. Bəzi hallarda əlamətləri fərqlənə bilər. Qadınlarda göbələk mənşəli infeksiyaları daha çox müşahidə edə bilərik, kişilərdə bu növ infeksiyalara yoluxma az olur.
Havar Şəfiyeva