“Ginekoloji estetik əməliyyatların bəziləri narkozsuz həyata keçirilir. Hansı xəstəyə nə ehtiyacdırsa, o da həyata keçirilir. Bu əməliyyatlar qadınlara itirilən özgüvəni qaytarır. Xüsusən, təbii doğuşla uşaq dünyaya gətirən qadınlarda partnyorunun xo.una gəlməmək qorxusu yaranır və özgüvən problem ortaya çıxır. Ginekoloji estetik əməliyyatla əvvəlki görünüşü və rahatlığı geri qaytarmaq mümkündür”.
Bu sözləri Faktmedia.az-a açıqlamasında uzman ginekoloq cərrah Emin Haqverdiyev deyib.
Həkim bildirib ki, bu əməliyyatlar bəzən yalnız görüntü üçün istifadə edilmir, bəzi hallarda bu sağlamlıq problemini aradan qaldıra bilir. Uzun illər dərman qəbulu, şamlardan istifadə edən qadınlar yarım saatlıq əməliyyatla öz sağlamlıqlarına qovuşa bilirlər. Bu baxımdan vaginaplastika əməliyyatları müsair dövrün çox vacib əməliyyatları sırasındadır.
Sevinc Hüseynova