"Uşaqların kiçik yaşlardan idmanla məşğulu heç bir ginekoloji problemlərə yol açmır, əksinə daha yaxşı nəticələr olur. Kiçik yaşdan idmanla məşğul olanda beyin qan dövranı, ümumiyətlə orqanizmə ginekoloji tərəfdən yanaşsaq, kiçik çanaqda, yumurtalıqlarda müvafiq inkişaf görünür".
Bu barədə Faktmedia.az-a ginekoloq Vüsalə Eyvazova deyib.
"Adətən uşaqlarda sonsuzluq problemi çox nadir təsadüf edilir. Təbii ki orda bir ginetik problemlər yoxdursa idman növləri heç bir halda sonsuzluğa gətirib çıxartmır. Həmçinin də velosport da digər idman növləri kimi qız uşaqlarda heç bir problem yaratmır. Velosport aşağı ətraflar, kiçik çanaq dibi əzələlərini möhkəmləndirməsi, bütün növ oynaqlar, eyni zamanda çanaq sümüyündə olan oynaq dayaq aparat sisteminin möhkəmlənməsinə gətirib çıxarır. Hər bir qız uşağı gələcəyin anasıdır. Belə qızlarda təbii doğuşun asanlaşmasını görə bilərik və kiçik çanaqda qan dövranın düzgün formalaşması nəticəsində falükulyar aparatın norması, uşaqlığın düzgün inkşafı və s müşahidə olunur. Kiçik yaşlardan idmanla məşğul olan xanımlar həm də çəkini normal paylaşa bilirlər, yəni onlarda çəki problemi yaranmır".
Havar Şəfiyeva