Serbiya prezidenti Aleksandar Vuçiç dünyada baş verənlərdən "çox qorxur".
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.
O, “Mən çox optimist deyiləm, kiçik bir ölkənin kiçik lideriyəm”- deyə bildirib: “Avropada hər şeyi daha yaxşı bilən böyük ölkələrdən çoxlu liderlər var.
"Qorxuram ki, bunun nəticələri indiyə qədər gördüyümüzdən daha pis olacaq. Ancaq mən kiçik bir ölkədən olan kiçik bir insanam və inanıram ki, başqa ölkələrin nəhəngləri daha yaxşı bilir və hər şeyi həll edə bilər. Bizim kiçik Serb gəmimizə gəlincə, sülh və sabitliyi qorumaq üçün onu möhkəm əlimizlə idarə edəcəyik”.
Qeyd edək ki, fevralda Vuçiç Ukraynadakı münaqişənin növbəti 5-6 ay ərzində daha da pisləşəcəyini və nəticədə nəzarətdən çıxacağını söyləmişdi.
Rəna Həsənova