“Dünya üçüncü dünya müharibəsinin astanasındadır”.
Faktmedia.az xəbər verir ki , bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
O, ölkəsinin hadisələrin bu cür dönüşünün öhdəsindən gələ biləcəyinə əmin olmadığını bildirib:
“Qorxuram ki, biz üçüncü dünya müharibəsinin başlanğıcından çox da uzaq deyilik. Bununla belə ölkə hakimiyyətinin vəzifəsi “ölkəni qorumaq”, onun işi isə insanların həyatını xilas etməkdir”.
Vuçiç daha əvvəl demişdi ki, Ukraynadakı münaqişə yaxın 5-6 ay ərzində daha da pisləşəcək, genişlənəcək və nəticədə idarəolunmaz hala gələcək. O, Ukraynaya tankların göndərilməsi qərarından sonra Kiyevin F-16 qırıcıları ilə təmin olunması qərarının veriləcəyini gözləyirdi.
Bəsti Məmməd