"Son vaxtlar uşaqlar arasında kəsici, deşici alətlər çox aşkarlanır".
Bu sözləri Faktmedia.az-a danışan psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, adi günlərdə belə harasa gedəndə onların üzərindən belə ləvazimatlar olur:
"Belə hallar çox vaxt oğlanlarda yeniyetməliyin ən çətin dönəmlərində rast gəlinir. Bəziləri gücü onda görürlər və bir birinə baxıb, bu kimi hərəkətləri davam edirlər. Belə hallarda daha güclü, daha fərqli olduğunu düşünürlər. Güclü oğlanın əlində bıçaq olar düşüncəsi ilə yanaşırlar. Burada ailənin nəzarəti mütləq şəkildə olmalıdır, həmçinin də müəllimlərin, məktəb rəhbərliyinin də təsiri önəmlidir. Münasibətdə olduğu uşaqların nə ilə məşğul olması, hansı sahələrə meyilli olmaları vacib məsələlərdən biridir. Düşünürəm ki, bu məsələ kiçik yaşlardan, aşağı siniflərdən araşdırılmalıdır. Uşaqlar düşünürlər ki, imtahana bıçaqla getsək, orada hədə qorxu gəlib, köçürmə hallarından istifadə edə bilərik. Bu kimi düşüncələr müxtəlifşaxəli olur. Qeyd edim ki, ən böyük nəzarət ailə tərəfindən olmalıdır".
Havar Şəfiyeva