"Uşaqlarda rast gəlinən infeksion xəstəliklərin qarşısını almaq üçün ilk növbədə doğuş təbii yolla olmalıdır”.
Bu sözləri Faktmedia.az-a danışan Avropa allerqologiya və kliniki immunologiya akademiyasının həqiqi üzvü Pərviz Əzizov deyib.
O bildirib ki, keysəriyyə yolu ilə doğulan uşaqlarda infeksiyalar daha çox yaranır:
“Keysəriyyə yolu ilə doğulan uşaqlar dəridəki bakteriyalarını özünə götürür. Uşaq təbii yolla doğulubsa bu allergiyanın ilk praflaktikasıdır. Uşaq dünyaya gəldikdə ən azı 1 yaşa qədər ana südü ilə qidalanmalıdır. Bu da allergiyanın yaranmasının qarşısını alır. Tədqiqatlar göstərir ki, evdə it saxlayan ailələrdəki uşaqlarda allergiyanın yaranma sürəti daha azdır. Çünki itin bədənində olan zərərsiz bakteriyalar uşaqların tənəffüs yollarına düşdükdə allergiyanın yaranma şansı azalır”.
Həkim qeyd edib ki, ana uşağı südü ilə qidalandırdıqca dieta saxlamamalıdır:
“Bəzi pediatrlar uşaqlarda allergiya yaranmasın deyə analara bir çox dietik qidalar məsləhət görürlər. Bunlar köhnə, aktuallığını itirmiş tövsiyylərdir. 25/30 illər öncə bu tövsiyyələrdın istifadə olunurdu. Müasir tibbin baxışı budur ki, ana müxtəlif qidaları qəbul etməlidir ki, uşaqlarda selik qişada immun hüceyrələri qida maddələrinə qarşı tolerantlıq yaratmaq şansı əldə etsin. Düşünürəm ki, bu tövsiyyələr həyata keçirilərsə uşaqlara allergiyanın yaranma şansı azalacaqdır. Vitamin D-nin də defisiti uşaqlara allergiyanın yaranmasına gətirib çıxardır. Əgər anada vitamin D difesiti varsa bunu aradan qaldırılmalıdır".
Havar Şəfiyeva