“Qızlıq pərdəsinin bərpası bəlli olur. Bunu müayinə zamanı aşkar etmək mümkündür. Amma bunun bərpasının tibbi cəhətdən heç bir mənası yoxdur. Bunun bərpa edilməsi müalicə deyil, zərurət deyil. Ona görə də bu işləri görən həkimlərin peşə fəaliyyəti bir az sual altında qalır”.
Bu sözləri Faktmedia.az-a açıqlamasında uzman ginekoloq cərrah Emin Haqverdiyev deyib.
Həkim bildirib ki, cərrahi əməliyyatlar adətən ciddi bir problemləri aradan qaldırmaq üçün həyata keçirilir. Hətta vaginaplastika belə önəmli əməliyyatdır. Amma qızlıq pərdəsinin bərpası tibbi cəhətdən önəmli deyil. Xəstəliklərin müalicəsi məqsədilə tibbi müayinə və müalicələr həyata keçirilməlidir. Bu isə heç bir əhəmiyyəti olmayan prosedurdur.
Sevinc Hüseynova