"Belə bir söhbət bir neçə il.qabaq da oldu, amma heç bir qadağa tətbiq olunmadı. Sonradan nikahdan əvvəl müayinə məsələsi ortaya çıxdı. Bu da qohumluq əlaqələrini, müəyyən xəstəliklərin olub-olmamasını yoxlamaq üçün nəzərdə tutulmuşdu".
Bunu Faktmedia.az-a sosioloq Sənubər Heydərova deyib. O bildirib ki, qohum evlilikləri Azərbaycanda da bütün patriarxal ölkəlardə olduğu kimi bu geniş yayılıb:
"Həm tibbi, həm sosial cəhətdən arzuolunmaz haldır. Qohum evlilikləri olan insanların gələcəkdə ailədə məişət, sosial məsələlərdə problemləri olanda zorakılıq halları baş verir. Hər iki ailə qohum olduğu üçün məsələyə tez qarışa bilir, ailənin dağılmaması üçün zorakılıq hallarından da istifadə edirlər. Neçə illərdir Azərbaycanda işləyən bir mütəxəssis kimi deyə bilərəm ki, belə evliliklərə qadağa qoyulması məsələsinin reallaşmasına inanmıram. Başqa ölkələrdə hansısa qanun qəbul olunanda onunla bağlı maarifləndirmə kampaniyaları aparılır. Azərbaycanda isə, bu işlər aparılmır, sadəcə qadağan olunur və kağız üzərində qalır. Sonradan evlənmək istəyən qohum cütlüklər rüşvət və ya başqa cür bir yol tapıb məsələni həll edirlər. Düşünürəm ki, indi qadağa olsa da, yenə eyni hallar yaşanacaq. Maarifləndirmə olmayana qədər eyni hallar davam edəcək. Sosial cəhətdən qohum evliliklər patriorxal evliliklərin davamıdır. Bu yaxşı bir şey deyil. Tarixdə belə qohumluqlar ona görə olub ki, var-dövlət nəsildən kənara çıxmasın. Digər tərəfdən barışıq məqsədilə nəzərdə tutulurdu. İnsanlar düşünürdülər ki qohumluq bağları varsa ailə daha möhkəm olar. Amma bunlar mifdir, artıq real deyil bu səbəblər. Əksinə bəzi hallarda qohumlar arasında ömürlük konfliktə səbəb olur. Tibbi baxımdan da problemlərə səbəb olur. Fiziki qüsurlu uşaqların doğulması hallarına səbəb olur. Düşünürəm ki həqiqi qadağalar tətbiq olunması daha uğurlu layihə olardı".
Rəna Həsənova