“Günümüzün ən böyük problemi sosial mediadan həkim seçimləridir. İnsanlar artıq həkimləri sosial mediadan axtarırlar. Amma əslində belə olmalı deyil. Güvənli həkim üçün xəstəxanaya müraciət etmək lazımdır. Bəzi hallarda saxta reklamlarla məşhurlaşmış həkimə müraciət edən pasiyentlərin sonradan peşman olduğunu çox görürük”.
Bunu Faktmedia.az-a açıqlamasında uzman uşaq cərrahı Nicat Vəliyev deyib.
Həkim qeyd edib ki, bu problemlərdən daha çox rayonlarımızda yaşayan vətəndaşlarımız əziyyət çəkirlər. İnsanlarımız peşəkar həkim tapmaqda çətinlik çəkirlər. Vacib əməliyyatlar üçün insanlarımız rayonlardan Bakıya gəlirlər. Bu onları dəfələrlə çox xərcə və əziyyətə salır. Bu problemin həlli üçün çalışmalıyıq.
Havar Şəfiyeva