"Alkoqollu içkilər kişilərdə spertazoidlərə təsir yarada bilir. Ancaq siqaret kişilərdə spertamozoidlərə daha çox ciddi təsiri göstərir. Valideyn olmaqda problem yaşayan kişilər sigareti mütləq tərgitməlidir və yaxud azaldılmalıdır".
Bunu Faktmedia.az-a mama-ginekoloq Rəşad Sultan deyib.
"Siqaretin hamilə qadınlara ciddi təsirləri olur. Nikotin bütün bədəndəki damarları daraltdığı kimi, uşaqlıq damarlarını da daraldır. Hamilələ qadınlara hər dəfə dediyim söz belə olur ki, uşağın ac qalmasını istəyirsənsə siqaret çək. Uşaq qida və oksigeni anadan alır. Damarlar daralanda, uşaq ac və oksigensiz qalır. Statistik olaraq da sübut olunub ki, sigaret çəkən qadınlarda uşaqların inkişafdan gerilik daha çox rast gəlinir. Alkoqol qəbul edən hamilələrdə müəyyən anomaniyalar, ürək və digər orqanlarda qüsurlar görülə bilir", - deyə həkim bildirib.
//Havar Şəfiyeva