Azərbaycanda siqaretin qiyməti yenidən artıb.
Faktmedia.az xəbər verir ki, paytaxt marketlərində, həmçinin köşklərdə siqaret qiymətlərinin qalxması müşahidə olunur.
Bayramdan sonra siqaretlər yeni qiymətə satılır. Faktmedia.az-ın əməkdaşı bir neçə köşk və marketlərdə qiymətlərlə maraqlanıb. Siqaretin qiymətində 20-30 qəpik qalxma ilə satıldığının şahidi olub.
Rəna Həsənova