“Yenilənmiş dünya statistikasına əsasən, hər dünyaya gələn 36 uşaqdan 1-də autizm spektr pozuntusu var. Bu rəqəm ötən il hər 44 uşaqdan 1-də idi. Rəqəmlər getdikcə, sürətlə dəyişir. Buna görə də autizmlə bağlı geniş müzakirələrə yer vermək lazımdır”.
Bunu Faktmedia.az-a açıqlamasında uşaq və yeniyetmə psixiatrı Aydan İsgəndərzadə deyib.
Mütəxəssis bildirib ki, bu xəstəlik anadangəlmə olur. Yaranma səbəbləri arasında ekoloji vəziyyət, qidalanma və ətraf mühit faktorları əsas yer tutur.
Sayının günbəgün artmasına təsir edən faktorlar çoxdur. 1940-1950-ci illərdə bu xəstəliyə uşaqlıq çağı şizofreniyası deyilirdi. Amma daha sonra bunun adı qoyuldu. Bu xəstəliyi bir kəlmə ilə izah etsək buna “öz dünyasında olmaq” deyə bilərik.
Rəna Həsənova