İranda təşkil edilmiş bir ziyafətdə evdə hazırlanmış içkidən 10 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 140 nəfər zəhərlənib.
İranın Ədliyyə Tibb İnstitutunun rəhbəri Abbas Məscidi 2022-ci ildə evdə hazırlanmış spirtli içkilərdən ölənlərin sayının 2021-ci ilə nisbətən 30 faiz artaraq 644 nəfərə çatdığını bildirib.
İranda içki istehsalı və satışının qadağandır. Qadağaya əməl etməyənlər cərimələnir və ya qamçılanır. Buna görə də insanlar adətən evdə hazırlanmış içkilərdən istifadə edirlər.
Havar Şəfiyeva