Hindistanın Kəşmir bölgəsinin Cammu şəhərində Srinagar şossesində 75 nəfəri daşıyan sərnişin avtobusu səhər saatlarında körpünün üzərindən keçərkən vadiyə düşüb.
Hurdaya çıxan avtobusda balans ağır idi. Qəzada 10 nəfər həyatını itirib, 55 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və tibb işçiləri göndərilib. Yaralılar ərazidəki özəl xəstəxanaya yerləşdirilib.
Hindistan prezidenti Draupadi Murmu qəzada yaxınlarını itirənlərə başsağlığı verib.
Xəyalə Xəlilova