Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktmedia.az xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Heydər Əliyev və Müslüm Maqomayev prospektlərinin kəsişməsində baş verib.
5 saylı şəhər daxili marşurut üzrə hərəkət edın "Mersedes sprinter" markalı mikroavtobus, iri tutumlu 8 saylı marşurut üzrə hərəkət edən bir başqa sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində 1-i azyaşlı olmaqla, ən azı 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Əldə edilən məlumata görə yaralıların durumu qənaətbəxşdir.
Faktla bağlı araşdırma başlanıb.
Esmira Hidayətova