"Narkomaniyanı birbaşa məktəblə bağlamaq doğru yanaşma deyil. Amma təssüf ki, məktəb yaşlı uşaqlar arasında bu kimi xoşagəlməz vərdişlərə aludə olmaqla bağlı informasiyalar dolaşır. Bir müddət öncə hətta məktəblərdə patı satılması ilə bağlı informasiyalar dolaşırdı".
Bunu Faktmedia.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
O, açıqlamasında əlavə edib:
"Təbii ki, məktəb və bu cür zərərli vərdişlər bir bir birinə yaraşmayan iki mövqedir. İnanmıram ki, narkotikin artmasının səbəbi məhz məktəblərdir. Hesab edirəm ki, burda cəmiyyət özü diqqətli olmalıdır. Narkomaniya elə bir bəladır ki, o hətta bir çox hallarda nümunəvi ailələrdə belə xoşagəlməz hallar yaradır. Çox tanınmış adamlar da sonradan bu vərdişlərin qurbanına çevrilir. Belə hallar olur, lakin son zamanlar daha da çoxalmağa başlayıb".
İ.Orucovun sözlərinə görə burada cəmiyyət, ailələr və qurumlar hamı birlikdə səfərbər olmalıdır:
"Narkotik aludəçisi bütövlükdə cinayətkara meyilli olan potensial şəxsdir. Onlar daha çox tam şəxsiyyət olaraq formalaşmamış imkanlı ailələrin uşaqları hədəf götürürlər. Bu işdə məktəb rəhbərləri, müəllimləri xüsusilə diqqətli olmalıdır. Çünki narkotiklə mübarizə barışmaz bir mübarizədir".
Bəsti Məmməd