Mingəçevirdə məktəblini maşın vurub.
Faktmedia.az-a verilən xəbərə görə, hadisə şəhərin Rəsul Rza küçəsində yerləşən təhsil müəssisələrindən birinin qarşısında baş verib.
Belə ki, "Mersedes" markalı maşın yolu keçmək istəyən 6-cı sinif şagirdi Turan Əliyevi vurub. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova