Mingəçevirdə yağan güclü yağış fəsadlara səbəb olub.
Faktmedia.az-a verilən xəbərə görə, yağışdan sonra şəhərdə yerləşən 17 nömrəli uşaq bağçasının bir hissəsi suyun içində qalıb.
Uşaqların oyun meydançasında tikilən istirahət və kölgəlik isə aşaraq yola düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova