Yağışların təsiri ilə palçıqlı çaylar Qara dənizin mavi rənginin qəhvəyi rəngə çevrilməsinə səbəb olub.
Faktmedia.az xəbər verir ki, havadan pilotsuz təyyarə ilə görüntülənən Qara dənizin mavi-qəhvəyi qarışığı rəngi maraqlı görüntü yaradıb.
Yağıntılar sahilə yaxın ərazilərdə yağış, yüksək hissələrdə isə qar şəklində özünü göstərib. Əriyən qar suları və yağış səbəbindən axın sürəti artan dərələr palçıq rəngini alıb.
Qar və yağışın təsiri ilə Samsundan dənizə tökülən Mert və Kurtün çaylarından palçıq axıb. Çayların dənizə töküldüyü ərazilər qəhvəyi rəngə çevrilib. Üfüq xəttinə yaxın olan dəniz suyu mavi rəngini saxlayıb.
Qeyd edək ki, Samsunda son iki gündə kvadrat metrə təxminən 100 litr yağıntı düşüb.
Bəsti Məmməd