Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində uzaqmənzilli ballistik raket atdığını bildirib.
Faktmedia.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı uzun mənzilli ballistik raketin yerli vaxtla saat 07:10-da paytaxt Pxenyan yaxınlığındakı Sunan bölgəsindən buraxıldığını açıqlayıb.
Yaponiya Müdafiə Nazirliyi havada 1000 kilometr məsafə qət edən raketin 6 min kilometr yüksəkliyə çatdığını və yerli vaxtla saat 08:20-də Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü təsdiqləyib.
Bildirilib ki, Raket şimaldakı Hokkaydonun qərb sahilindəki Oşima-Oşima adasından 200 kilometr qərbə düşüb və sözügedən ərazidə davam edən elementlərə heç bir ziyan dəyməyib.
Bəsti Məmməd