Ukrayna prezidenti Vladimir Zelenski Xmelnitski, Odessa və Luqansk vilayətinin qubernatorlarını istefaya göndərib.
Faktmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Zelenski sözügedən vilayət qubernatorlarının vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb.
Sərəncama əsasən, Xmelnitski qubernatoru Sergey Qamaliy, Odessa qubernatoru Maksim Marçenko və Luqansk qubernatoru Sergey Qayday tutduqları vəzifələrdən azad ediliblər.
Bəsti Məmməd