Kiyev diplomatik kanallar vasitəsilə Pekinə görüş təklifi göndərib.
Faktmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Biz bu siqnalı diplomatlar səviyyəsində ötürdük. Çinlə görüşmək istərdik, bu, Ukraynanın maraqlarına uyğundur”, - o, İspaniyanın baş naziri Pedro Sançeslə birgə mətbuat konfransı zamanı deyib. Zelenski həmçinin Çinin sülh planından xəbərdar olduğunu, lakin sənədin özünü hələ görmədiyini bildirib.
Bundan əvvəl, fevralın 23-də Belarus prezidenti Aleksandr Lukaşenko Çin sədri Si Cinpinin Ukraynadakı vəziyyətlə bağlı mesajı ilə çıxış etdiyini açıqlayıb.
Havar Şəfiyeva