Kamal Kılıçdaroğlu Bəşər Əsədə başsağlığı məktubu göndərib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsədə başsağlığı məktubu yazıb.
O bildirib ki, 6 Fevralda yaşadığımız böyük zəlzələ fəlakəti ölkəmizə olduğu kimi Suriyaya da təsir etdi və böyük ağrılara səbəb oldu:
“Təxminən on beş gündür bölgəyə səfər edərək xalqımı müalicə etməyə çalışıram. Bilmənizi istəyirəm ki, biz ölkəmizin və qonşu Suriya xalqının itkisini ürəyimizdə hiss edirik. Bu fəlakət və yaşadığımız ağrı bir daha göstərdi ki, kədərimizdə də ortaq və qonşuyuq. Biz xalqlarımızın ortaq ağrısını paylaşırıq. Fürsətdən istifadə edərək sizə və xalqınıza başsağlığı verir, gələcəkdə kədərimizi deyil, ümidlərimizi bölüşməyi ümid edirəm”- deyə o vurğulayıb.
Bəsti Məmməd