Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Faktmedia.az-a bildirilib.
Qeyd edilib ki, şəhərin əsas küçələrindən birində yolu keçən piyadanı avtomobil vuraraq yolun kənarına çırpıb.
Hadisə nəticəsində piyada ağır xəsarət alıb. O, aldığı zədələrə görə, Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Esmira Hidayətova