Mingəçevirdə idarəetmədən çıxan maşın aşaraq yaşıllıq zolağına yuvarlanıb.
Faktmedia.az-a bildirilib ki, hadisə, şəhərin Gəncə şosesi istiqamətində baş verib.
"VAZ 2106" markalı maşının aşaraq, bir neçə dəfə çevrilməsi nəticəsində yaralanan 1963-cü il təvəllüdlü Zöhrə Məmmədova, 1993-cü il təvəllüdlü Ramilə Həsənova və daha bir qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir