Ötən gün ABŞ-ın Florida ştatında baş verən silahlı hücumda 9 nəfər yaralanıb.
Florida polisinin sözçüsü Deanna Bettineschi mediaya bildirib ki, yaralıların əksəriyyəti yerli uşaq xəstəxanasına yerləşdirilib.
Silahlı hücumda yaralananlardan 4-nün 1 ilə 17 yaş arasında olduğunu bildirən Bettinesçi, yaralılardan birinin dünən əməliyyat olunduğunu açıqlayıb.
Bettinesçi hücumun yerli vaxtla axşam saat 6 radələrində başladığını, ən azı bir silahdan istifadə edildiyini və bir nəfərin saxlanıldığını qeyd edib.
Polis digər şübhəlilərin axtarışını davam etdirdiyindən insidentlə bağlı istintaq davam edir.
Havar Şəfiyeva