Mardin Yeşilli küçəsində keçirilən toyda iki ailə arasında düşmənçilik zəminində silahlı dava düşüb.
Faktmedia.az Anadolu Ajansına istinadən xəbər verir ki, stol, stul və silahların istifadə olunduğu dava nəticəsində 11 nəfər yaralanıb.
Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Yaralılar hadisə yerində edilən ilk müdaxilənin ardından Mardin Təhsil və Araşdırma Xəstəxanasına, 1-i Kızıltepe Dövlət Xəstəxanasına aparılıb.
Polis hadisəni törədənlərin həbsi üçün əməliyyata başlayıb.
Xəyalə Xəlilova