Bakının Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən “Hiss” gecə klubunda dava olub.
Faktmedia.az xəbər verir ki, ötən gecə baş vermiş hadisə nəticəsində 4 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb və 3-ü ambulator, biri isə stasionar müalicəyə yazılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.