Kamerunda 2021-ci ilin oktyabrında elan edilən vəba epidemiyasında can itkisi artır .
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, mart ayından bəri vəba hadisələrinin artdığı Kamerunda son iki həftədə 26 nəfər həyatını itirib.
Ümumi itki isə 426 nəfərə çatıb.
Kamerunun Səhiyyə Nazirliyindən Linda Esso, Kamerunda təsdiqlənmiş halların sayının hazırda 1,868 olduğunu söyləyib
Qeyd edək ki, ÜST açıqladığı hesabatda bildirib ki, 2023-cü ilin əvvəlindən bəri 14 Afrika ölkəsində vəba xəstəliyi aşkarlanıb.
Bəsti Məmməd