Cənubi Afrikada vəba xəstəliyi hökm sürür.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pretoriyanın şimalındakı Hammanskraal bölgəsində vəba testinin nəticəsi müsbət çıxan 29 nəfərdən 17-nin indiyə qədər öldüyü açıqlanıb.
Açıqlamada Hammanskraal bölgəsində vəba əlamətləri olan 165 nəfərin müalicə olunduğu bildirilib.
Gauteng hökuməti mayın 21-də bölgədə vəba epidemiyası elan edib.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Xəyalə Xəlilova