Dünyada ən çox aclıqdan əziyyət çəkən insanlar Afrikada yaşayırlar.
Faktmedia.az xəbər verir ki, statistikaya əsasən, dünyada 828 milyon insan aclıqla, qida çatışmazlığı ilə üz-üzədir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamasına görə, Afrikada dünyanın toxunulmamış kənd təsərrüfatı torpaqlarının 65 faizi mövcuddur. Amma buna baxmayaraq, ən çox aclıq da burada müşahidə edilir. Hazırda Afrikada 278 milyon insan aclıqdan əziyyət çəkir. Afrika İnkişaf Bankınn məlumatına əsasən, 2030-cu ildə bu rəqəm artaraq 310 milyona yüksələcək.
Qeyd edək ki, BMT qitədə silahlı terror qruplaşmalarının əkənd təsərrüfatı sahəsinə ciddi ziyan vurduğunu bildirib. Terror təşkilatları səbəbilə potensialı olan bölgələrdə ərzaq çatışmazlığı hökm sürür. Elə təkcə Saheldə bunun qarşısını almaq üçün tədbirlər görülməzsə, 18 milyon insanı aclıq gözlədiyi ehtimal edilir.
Sevinc Hüseynova