Məşhur amerikalı milyonçu Brayan Conson görünüşünə görə hər il iki milyon dollar xərcləyir.
Faktmedia.az xəbər verir ki, o,18 yaşında olduğu kimi görünmək üçün iki ilə bioloji yaşını 5 il cavanlaşırıb.
Hazırda milyonçunun ürəyi 37 yaşında, dərisi 28 yaşında, ağciyəri isə 18 yaşındakı kimidir.
Brayan Conson 2 il öncə orqanizmini yenidən dizayn etmək qərarına gəlib. Bundan sonra məşhurun hədəfi beynini, böyrəklərini, qaraciyərini, dişlərini cinsiyyət orqanınını yeniləməkdir.
Qeyd edək ki, o 30 yaşında milyonçu olub. Məlumata görə, iş stressindən depressiyaya düşüb və dəfələrlə intihara da cəhd edib.
Sevinc Hüseynova