Mozambikdən sonra Malavidə baş verən "Freddi" qasırğasından sonra balans daha da ağırlaşıb.
Faktmedia.az xəbər verir ki, Malavidə həyatını itirənlərin sayının 225-ə, yaralı sayının isə 707-yə yüksəlib. Hadisə nəticəsində 41 nəfər isə itkin düşüb.
Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Malavidəki Fövqəladə Hallar Layihə Koordinatoru Guilherme Botelho xəbərdarlıq edib ki, qasırğa vəba epidemiyası ilə mübarizə aparan ölkədə epidemiyaya səbəb ola bilər.
Qeyd edək ki, iki Afrika ölkəsində həyatı iflic edən qasırğanın bu gün qurudan uzaqlaşaraq dənizə doğru hərəkət edəcəyi gözlənilir.
Rəna Həsənova