Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1060-a çatıb.
Faktmedia.az bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, daha 2400 nəfər yaralanıb.
17:30
Suriyada 7,7 maqnitudalı zəlzələdə ölənlərin sayı 800-ü keçib.
Bu barədə ölkə rəsmilərinə istinadən “Haaretz” məlumat yayıb. Yaralıların sayının üç mini aşdığı bildirilir. Yüzlərlə ev yerlə yeksan olub.
16:28
Zəlzələ nəticəsində Suriyada həyatını itirənlərin sayı 606-ya çatıb.
Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Hələb, Tartus, Həma və Lazkiyada hiss edilən 7,7 maqnitudalı zəlzələdə 403 nəfər ölüb, 1284 nəfər yaralanıb. Suriyalı müxalifətçilərin nəzarətində olan bölgələrdə isə 203 nəfərin zəlzələ nəticəsində öldüyü, yüzlərlə sakinin yaralandığı bildirilir.
Zəlzələnin hiss edildiyi başqa bir ölkə - Livanın daxili işlər naziri Besam Mevlevinin sözlərinə görə isə ölkədə təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. O bildirib ki, bir neçə binada çat yaranıb.
11:15
Suriyada güclü zəlzələ zamanı həlak olanların sayı 427-yə çatıb.
Yaralıların sayı dəqiqləşdirilir. Öncəki məlumatda xəsarət alanların sayı 639 nəfər göstərilirdi.