"Ukrayna müdafiə naziri Aleksey Reznikovu Kirill Budanov əvəzləyəcək".
Faktmedia.az xəbər verir ki, bu barədə "Xalqın qulluqçusu" fraksiyasının lideri David Araxamia teleqram kanalında bildirib.
Arakhamiyanın sözlərinə görə, Reznikov Pavel Ryabikin yerinə Ukraynanın strateji sənaye naziri təyin olunacaq. Aleksey Reznikov hərbi-sənaye əməkdaşlığını gücləndirmək üçün strateji sənayelər naziri vəzifəsinə keçəcək.
General-mayor Kirill Budanov müdafiə naziri təyin olunacaq.
Zeynəb Müzəffərli