İspaniyanın regional ali məhkəməsi 29 yaşlı Alejandro Kolomarın küçədə çılpaq gəzdiyinə görə cərimələnməsini qanunsuz hesab edib.
Faktmedia.az xəbər verir ki, onunla bağlı aşağı məhkəmələrdə çıxarılan hökmlər ləğv edilib.
Qəsəbədə çılpaq gəzən Alejandro Kolomar adlı şəxs ona verilən cəriməyə etiraz edərək məhkəməyə müraciət edib. Kolomar hətta məhkəməyə də çılpaq şəkildə gəlib, amma içəri keçməsinə icazə verilməyib. Yalnız paltar geyindikdən sonra məhkəməyə buraxılan vətəndaş ideoloji azadlıq hüququnun pozduğunu bildirib.
Məhkəmə cəzaların ləğvi qərarında çılpaqlıqla bağlı hüquqi boşluq olduğunu qeyd edib. Vətəndaşın heç kimin hüququnu pozmadığı xüsusi qeyd edilib.
Sevinc Hüseynova