Rusiya prezidenti Vladimir Putini “şər dünyasına xidmət edən xain” adlandıran və koronavirus pandemiyasının yalan olduğunu bildirən keçmiş rus rahibi Nikolay Romanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Faktmedia.az xəbər verir ki, Moskva məhkəməsi Rus Pravoslav Kilsəsindən çıxarılan Papa Sergi kimi tanınan rahibi “nifrəti qızışdırmaq”la bağlı maddə ilə təqsirli hesab edib. Rahib Romanov koronavirusu uydurulma xəstəlik adlandırıb.
Qlobal şəkildə insanların idarə edilməsi üçün planlaşdırılmış siyasət olduğunu bildirərək insanları hökumətin tətbiq etdiyi karantin tədbirlərinə əməl etməməyə səsləyib. Bundan sonra o, Pravoslav kilsəsindən xaric edilib.
Qeyd edək ki, məlumata görə, Romanov sovet dövründə polis əməkdaşı olub və vəzifəsindən getdikdən sonra adam öldürmə, soyğunçuluq və basqın etməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra isə rahib olub.
Sevinc Hüseynova