Rusiyanın müdafiə naziri Sergey Şoyqu zəlzələnin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardımın göstərilməsi üçün Suriya Ərəb Respublikasına köməklik göstərilməsi barədə əmr verib.
Faktmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyi bildirilir ki, 300-dən çox hərbçi, 60 hərbi və xüsusi texnika cəlb olunub. Bundan əlavə, Rusiya qoşunlarının Suriyadakı qruplaşması Hələb, Həma, Latakiya şəhərlərində, həmçinin Cebla, Stamu və Bustan əl-Başa yaşayış məntəqələrində zərərçəkənlərə humanitar yardımın verilməsi üçün məntəqələr yerləşdirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə telefonla Suriyada baş vermiş zəlzələdən sonra xilasetmə əməliyyatının aparılmasında Moskvanın yardım perspektivini müzakirə edib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,8 bal gücündə zəlzələ baş verib - bu ölkədə 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Bir neçə saat sonra ölkənin mərkəzi hissəsində 7,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Suriya, Livan və Kiprdə də hiss olunub.
Havar Şəfiyeva