Perunun paytaxtı Limada Yaku qasırğası ilə əlaqədar qırmızı həyəcan elan edilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Peru prezidenti Dina Boluarte açıqlama verib.
O bildirib ki, Sakit okeanda formalaşan Yaku qasırğasının bu gecədən etibarən ölkə sahillərində təsirli olacağı gözlənilir:
"Qasırğanın səbəb olduğu güclü yağışlar gözlənilir, mülki müdafiə sistemi, silahlı qüvvələr və milli polis heyəti hazırdır. Məktəblərdə və universitetlərdə təhsil bir günlük dayandırıldı”.
Limadan keçən Chillon, Rimac və Lurin çaylarının daşma təhlükəsi ilə üzləşdiyini qeyd edən Boluarte, bölgəyə mütəxəssis axtarış-xilasetmə qrupunun göndəriləcəyini açıqlayıb:
"Hökumət üç səviyyəli daimi koordinasiyanı təsdiqlədi. Vətəndaşlardan qasırğanın təsirinə qarşı sakit olmalarını, eyni zamanda ayıq olmalarını xahiş edirik".
Bəsti Məmməd