CHP sədri Kamal Kılıçdaroğlu CHP Mərkəzi İdarə Heyətini növbədənkənar toplantıya çağırıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İYİ Partiya lideri Meral Akşener "altılı masa"dan ayrıldığını açıqladıqdan sonra Kılıçdaroğlunun mövzu ilə bağlı ilk açıqlamanı verib.
O, məsələ ilə bağlı "Narahat olmayın, bütün parçalar yerinə düşəcək" şərhini verib.
CHP-nin prosesi sakit idarə etmək istədiyi, Kılıçdaroğlunun isə liderlərlə masa arxasında görüşmək planının olduğu bildirilib.
Qeyd edək ki, telefon danışığından sonra birgə bəyanat gözlənilir.
Bəsti Məmməd