"Eyni gündə 9 saat fasilələrlə baş verən bu zəlzələlər böyük fəsadlar törədib. Birinci zəlzələdən ziyanla sağ çıxan bütün binalarımız ikinci zəlzələdə dağılıb. Alimlər fəlakəti müstəsna fəlakət kimi qiymətləndirirlər. Aktiv təkanlar davam edir. Dünən Malatyada oxşar vəziyyətlə qarşılaşdıq, bu zəlzələdə dağıntılar və can itkiləri yaşadıq".
Faktmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı Kahramanmaraş Fəlakət Koordinasiya Mərkəzini ziyarət edən zaman deyib.
"Bir daha vurğulayıram ki, qəzalı binalardan uzaq durmalıyıq, vətəndaşlarımızdan bu məsələdə daha diqqətli olmalarını gözləyirik. Maraşda 41 mindən çox personal və 5 min 733 ağır texnika çalışıb. Maraşda 12 min 683 vətəndaşımız həyatını itirdi. Axtarış və xilasetmə işlərinə dəstək olanlara təşəkkür edirəm. Vətəndaşlarımızın yükünü yüngülləşdirmək, dərdlərinə dərman olmaq üçün var gücümüzlə çalışırıq. Qohumlarının yanına gedənlər istisna olmaqla, ümumilikdə 20300 zəlzələ qurbanını təxliyə etdik. Çadır şəhər və konteyner şəhər işlərimizi davam etdiririk. 461 min vətəndaşı qəbul edirik. Təkcə Maraşda 77 min çadır payladıq. 41 səyyar mətbəximizlə vətəndaşlarımızın xidmətindəyik. Zəlzələdən zərər çəkmiş bütün qardaş və bacılarımıza cəmi 32 mütəxəssis heyəti ilə psixososial dəstək veririk", - deyə Ərdoğan bildirib.
Bəsti Məmməd