Yeni İsrail hökuməti Ukrayna hakimiyyəti ilə pərdə arxasında işləyir və təkcə Ukrayna ordusunu humanitar yardım və qoruyucu vasitələrlə təmin etməklə məhdudlaşmır.
Faktmedia.az xəbər verir ki, bu barədə “Israel Today” məlumat yayıb.
“İsrail təkcə Ukraynaya Rusiya tərəfindən istifadə edilən İran silahları haqqında ən mühüm kəşfiyyat məlumatları ilə kömək etmir, həm də İranın silah sənayesinə hücum edir. Bu yaxınlarda İsrailin xarici kəşfiyyat xidməti Mossad İsfahan şəhərində silah fabrikinə hücum edib" -deyə nəşr qeyd edir.
Bundan əvvəl Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk bildirmişdi ki, Ukrayna respublikadan istismardan çıxarılan “Hawk” zenit-raket komplekslərini almayacaq. onun sözlərinə görə, on il əvvəl İsraildə istismardan çıxarılan hava hücumundan müdafiə sistemləri bərbad vəziyyətdə olduğundan Kiyevə verilməyəcək.
Havar Şəfiyeva