Prezidentin yenidən namizəd ola bilməyəcəyini iddia etmək hüquqi cəhətdən etibarsız və siyasi baxımdan ciddi günahdır. Cənab Ərdoğanın prezidentliyə namizədliyi buz kimi konstitusiya, mənəvi və hüquqi baxımdan legitimdir.
Faktmedia.az Türk mediasına istinadən xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı partiyasının TBMM Qrup Toplantısında çıxışı zamanı deyib.
"Cənab Rəcəb Tayyib Ərdoğan Prezident Hökümət Sistemində səlahiyyət və vəzifələri ilə cəmi bir müddətə seçildi. Ərdoğanın Prezident Hökümət Sistemində ikinci müddətə namizədliyi danılmazdır. Xalq Alyansının prezidentliyə namizədi türk millətinin namizədidir. Rəqiblər qlobal güclərdir. Prezidentimizin yenidən seçilməsi üçün gecəni gündüzə çevirəcəyik. Söz millətindir. Zillet ittifaqı da sıfır çəkəcək. Kılıçdaroğlu Xalq Birliyinin prezidentliyə namizədi ilə qarışmasın. Rəcəb Tayyib Ərdoğan 2023-cü il mayın 14-də böyük fərqlə yenidən seçiləcək. Səbrimizi sınamasınlar, dərindən danışsaq, heç kim ayağa qalxa bilməz".
Şahnun Qasımova