Prezident Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə videokonfrans keçirib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiyalar Müdirliyi açıqlama verib.
Fransa prezidenti Makron Türkiyə baş verən zəlzələlər səbəbiylə tezliklə sağalmaq diləklərini çatdırıb.
Prezident Ərdoğan da bu prosesdə göstərdiyi dəstək və həmrəyliyə görə Fransaya təşəkkür edib.
Qeyd edək ki, görüş zamanı Türkiyə-Fransa münasibətləri ilə bağlı məsələlər də müzakirə olunub.
Bəsti Məmməd